Rusiyada koronavirusa yoluxanların sayı 829 minə çatır

 12:35 29.07.2020     403

Rusiyada son bir gündə daha 5 475 nəfərə COVID-19 diaqnozu qoyulub.

Redaktor.az xəbər verir ki, Rusiyada koronavirusa yoluxanların sayı 828 min 990 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 169 nəfər artaraq 13 673-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 620 min 333 nəfər sağalıb.