Dünyada sağalanların sayı 10,5 milyonu ötdü - KORONAVİRUS

Dünyada koronavirusdan sağalanların sayı 10 mln. 506 min 417 nəfərə çatıb.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, ən çox sağalma ABŞ (2 mln. 189 min 592), Braziliya (1 mln. 721 min 560) və Hindistanda (999 min 318) qeydə alınıb.
Bildirilib ki, son bir ayda dünyada sağalanların sayı təqribən 10 dəfə artıb.
Qeyd edək ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Dünyada indiyədək 17 mln. yaxın insanda koronavirus aşkarlanıb. Onlardan 665 min nəfər pandemiyanın qurbanı olub.