Bu ölkədə heç kim koronavirusa yoluxmayıb

 14:10 30.07.2020     499

Koreya Xalq Demokratik Respublikası (KXDR) ərazisində koronavirusa yoluxma faktı qeydə alınmayıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin dövlət orqanı “Rodong Sinmun” məlumat yayıb.

Ötən gün KXDR-in qərbində yerləşən Kanxvado adası ərazisində yerli gənclərdən birinin COVID-19 virusuna yoluxması ilə bağlı məlumatlar yayılmışdı. Şimali Koreyanın Epidemiya ilə mübarizə təşkilatı açıqlayıb ki, KXDR-ə qayıtmış gəncin koronavirus analizləri onun infeksiyaya yoluxduğunu deməyə əsas vermir.

Bununla belə yerli hakimiyyət virusa yoluxduğu şübhə edilən gəncin əlaqədə olduğu şəxsləri müəyyənləşdirməyə başlayıb. //Baku.ws