Ermənistanda ölənlərin sayı 728 nəfərə çatdı - COVID-19

 11:17 30.07.2020     510

Ermənistanda koronavirusa yoluxanların sayı 38 min 196 nəfərə çatıb.

Redaktor.az-ın məlumatına görə, son sutka ərzində 259 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 5 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 728 nəfər koronavirusdan ölüb, 9102 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət avqustun 12-dək uzadılıb.