Rusiyada yoluxanların sayı 830 min nəfəri keçdi

Rusiyada koronavirusa yoluxanların sayı 830 min nəfəri keçib.
Redaktor.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 5509 nəfər virusa yoluxub, 129 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 834 min 499 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 13 min 802 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 629 min 655 nəfər virusdan sağalıb, 191 min 42 nəfərin müalicəsi isə davam edir.