Koronavirus yoluxanların sayı 229,9 minə çatdı - Türkiyə

 22:25 30.07.2020     287

Bu gün Türkiyədə daha 15 nəfər koronavirusdan ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 5674 nəfərə çatıb.

Fahrettin Kocanın sözlərinə görə, son sutkada koronavirusa 967 yoluxma qeydə alınıb. Beləliklə, Türkiyədə koronavirus xəstələrinin sayı 229 min 891 nəfərə yüksəlib.

Son sutkada daha 982 pasiyent sağalıb. Hazırda ölkədə koronavirusdan sağalanların sayı 213 min 539 nəfərdir.