Qurbanlıq qoyuna maska taxıldı

Türkiyənin Qaziantəp şəhərində bir vətəndaş virus bulaşmasın deyə qurbanlıq qoyuna maska taxıb.
Redaktor.az xəbər verir ki, yoluxmanın yüksək olduğu şəhərdə maskasız dolaşmadığını deyən şəxs qorumaq lazım olduğunu hiss edərək aldığı qoyuna da maska taxıb.
Bazardakı satıcılar da ənənəvi olaraq, əl sıxmaq yerinə 2 metrlik məsafə saxlayıblar.