Rusiyada koronavirusdan ölənlərin sayı 13 mini keçib

 12:29 31.07.2020     989

Rusiyada son bir gündə daha 5482 nəfərə COVID-19 diaqnozu qoyulub.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 839 min 981 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 161 nəfər artaraq 13 min 963-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 638 min 410 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 1260 nəfər.