Berlində ticarət mərkəzinə hücum olub, 11 nəfər xəsarət alıb

 18:57 31.07.2020     588

Almaniyanın paytaxtı Berlin şəhərində naməlum şəxslər ticarət mərkəzinə hücum ediblər. 

Redaktor.az-ın verdiyi xəbərə görə, bu barədə Berlinin Xilasetmə Xidmətinin Twitter səhifəsində bildirilib.

Qeyd olunub ki, hadisə soyğunçuluq məqsədi ilə törədilib, soyğunçular gözyaşardıcı qazdan istifadə ediblər.

Nəticədə 11 nəfər xəsarət alıb. //APA