Vyetnamda koronavirusdan ilk ölüm halı qeydə alındı

 20:10 31.07.2020     544

Vyetnamda COVID-19 ilə yoluxma nəticəsində ilk ölüm qeydə alınıb. Ölən şəxsin 70 yaşı var. Ölkənin hansı hissəsində yaşadığı hələ məlum deyil.

Redaktor.az xəbər verir ki, son məlumatlara görə, həmin şəxs Da Nang Xəstəxanasında COVID-19 ilə əlaqəli olmayan bir diaqnozla müalicə olunub. O, infeksiyaya xəstəxanada yoluxub.

Bir qədər əvvəl məlum olub ki, Vyetnam hakimiyyəti 80 min insanı əsasən turistləri məşhur kurort şəhəri Da Nang şəhərindən təxliyə etmək niyyətindədir. Orada yeni aqressiv koronavirus ştamı aşkar edilib.