Ermənistanda vəzifəli şəxs koronavirusdan öldü

 21:10 31.07.2020     338

Ermənistan Dövlət Gəlirlər Komitəsinin bölmə rəisi Rafael Gülasaryan koronavirusdan ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirlər Komitəsindən bildirilib.

Qeyd olunub ki, həkimlər 41 yaşında olan Rafael Gülasaryanın həyatını xilas edə bilməyiblər. 

Qeyd edək ki, Ermənistanda 38 min 550 nəfər virusa yoluxub, 738 pasiyent koronavirusun qurbanı olub, 28 min 997 nəfər infeksiyadan sağalıb.