İtaliyada təhlükəli vəziyyət elan olundu
İtaliyanın səhiyyə nazirliyi ölkənin 14 şəhərində avqustun 1-də gözlənilən istilərlə əlaqədar ən yüksək dərəcəli (Qırmızı dərəcə) təhlükəli hava vəziyyəti elan edib.
Redaktor.az xəbər verir ki, bu barədə qurumun saytında xəbər verilib.
Proqnozlarda termometr göstəricisinin Roma, Turin, Florensiya, Bolonya, Breshia və sair şəhərlərdə 40 dərəcəyə qədər qalxa bilməsi bildirilir.
Xatırladaq ki, isti havalar dalğası Fransa, İspaniya, Yunanıstan və Bolqarıstanda iyulun axır günlərində meşə yanğınlarına səbəb olub. İyulun 25-də Belçikada hava 40,6 dərəcəyə qədər istiləşdi və ölkədə havanın müşahidə tarixində rekord oldu.