Almaniyada son sutka ərzində 955 nəfər yoluxub

 16:19 01.08.2020     849

Almaniyada son sutka ərzində 955 nəfər koronavirusa yoluxub.

Redaktor.az xəbər verir ki, ölkədə son bir həftə ərzində virusa yoluxmada artım müşahidə olunur.

Bu müddətdə gündəlik yoluxma göstəricisi 600-1000 arasında dəyişib. Sonuncu dəfə belə göstəricilər Almaniyada iyun ayında qeydə alınmışdı.

Qeyd edək ki, Almaniyada bu günədək 209 mindən çox şəxs koronavirusa yoluxub, 9 148 nəfər ölüb.// Modern.az