İranda terror qruplaşmasının başçısı tutulub

 16:40 01.08.2020     651

İran hüquq-mühafizə orqanları “Tondar” terror qruplaşmasının başçısını həbs edib.

Redaktor.az İRİB-ə istinadən xəbər verir ki, saxlanan şəxs “Tondar” qruplaşmasının rəhbəri Cəmşid Şarmahdedir.

İran tərəfi iddia edir ki, qruplaşmaya ABŞ dəstək verir.

Məlumatda qeyd olunur ki, qruplaşma 2008-ci ildə Şirazda məsciddə 10 nəfərin ölümü, 200 nəfərin yaralanması ilə nəticələnən partlayışı törətməkdə təqsirli bilinir.

Təşkilatın İranda monarxiya üsul-idarəsinin qurulmasına çalışdığı bildirilir.  //APA