İranda koronavirusdan 216 nəfər həyatını itirib - Bu gün

 18:05 01.08.2020     416

Son 24 saat ərzində İranda 2548 nəfər koronavirusa yoluxub, 216 nəfər vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə gündəlik mətbuat konfransında İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari məlumat verib. O bildirib ki, yoluxanların ümumi sayı 306 min 752-yə, ölənlərin sayı isə 16 min 982-yə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 263 min 114 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiya şöbələrində müalicəsini davam etdirən 4 min 11 nəfərin vəziyyəti ağır olaraq qalır.

Mətbuat katibinin sözlərinə görə, İranın Tehran, Mazandaran, Elam, Simnan, Şərqi Azərbaycan, Lorestan, Hörmüzgan, Fars, Gülüstan, Ərdəbil, Əlborz vilayətləri qırmızı zonaya daxildir. Ötən həftə İranın Qərbi Azərbaycan vilayəti qırmızı zonadan çıxıb. //Azərtac