Yaponiya və ABŞ-a naməlum bağlamalar göndərilir

 21:28 01.08.2020     707

Çindən bitki toxumlarının olduğu bağlamalar anonim ünvanlardan Yaponiyaya göndərilir.

Redaktor.az xəbər verir ki, bu barədə Yokohama şəhərinin karantin xidməti bölməsinə istinadən NHK telekanalı məlumat yayıb.

Yaponiyanın karantin xidməti israrla bu toxumları əkməməyi xahiş edir, çünki yabancı bitkilər təbii balansı poza bilər, həmçinin viruslarla yoluxma riski mövcuddur.

Bağlamalar artıq ABŞ-ın 20 ştatına göndərilib. İyunun sonlarından göndərilən bağlamaların sayı yüzlərlədir. Onların içində sarmaşıq və kələm toxumları var.

Bağlamalarda Çin poçtunun ünvanları qeyd edilib. Amma Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi ştamplarda saxta poçt ünvanlarının olduğunu bildirib və ölkənin bağlamalarla hər hansı əlaqəsinin olmasını təkidlə inkar edir. //Report

Vumart və Güvən reklamı Vumart Güvən