Türkiyədə pandemiya qurbanlarının sayı 5700-ü ötdü

Türkiyədə koronavirusdan daha 19 nəfər ölüb.
Redaktor.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir qeyd edib ki, bununla ölkədə pandemiya qurbanlarının sayı 5710 nəfərə çatıb.
Bu gün Türkiyədə daha 996 nəfərə koronavirus diaqnozu qoyulub. Beləliklə, ölkədə koronavirus xəstələrinin ümumi sayı 231 min 869 nəfərə yüksəlib.
Nazirin sözlərinə görə, COVID-19-a yoluxmuş 981 pasiyent sağalıb. Hazırda Türkiyədə koronavirusdan sağalanların sayı 215 min 516 nəfərdir. //Report