ABŞ-da həbsxanada qiyam olub

ABŞ-ın Corciya ştatının Uyaycross şəhərindəki həbsxanada məhkumlar qiyam törədiblər.
Redaktor.az “Newsweek” internet saytına istinadən xəbər verir ki, bu hadisələr zamanı həbsxananın iki əməkdaşı yaralanıb.
Həbsxanada iğtişaşlar şənbə günü yerli vaxtla axşam saat 22.40-da başlayıb. Cəzaçəkmə müəssisəsinin rəsmi nümayəndəsi hadisə barədə bunları deyib:
"İnsident nəzarət altındadır. İki əməkdaşımız yüngül yaralanıb, iki məhkum isə həyati təhlükəsi olmayan xəsarət alıb".//APA