Ermənistanda koronavirusa yoluxanların sayı 39 mini ötüb

 16:40 02.08.2020     515

Ermənistanda koronavirusa yoluxanların sayı 39 min 50 nəfərə yüksəlib. Onlardan 209 nəfəri son 24 saat ərzində virusa yoluxub.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, son sutka ərzində 5 nəfər pandemiyadan ölüb, koronavirusa yoluxmuş daha 228 nəfər isə digər səbəblərdən dünyasını dəyişib.

Ölkədə pandemiya qurbanlarının ümumi sayı 754 nəfərə çatıb.

Hazırda Ermənistanda 8 min 318 aktiv koronavirus xəstəsi var.//Azərtac