Finlandiyanın baş naziri futbolçu ilə ailə qurub
Finlandiyanın baş naziri Sanna Marin futbolçu Markus Raykkonenlə ailə qurub.
Redaktor.az xəbər verir ki, toy mərasimi baş nazirin iqamətgahında dostların və qohumların əhatəsində keçib.
Cütlüyün münasibətləri artıq 16 ildir davam edir. İki il yarım əvvəl onların qızı dünyaya gəlib.
Sanna Marin ötən ildən Finlandiyanın hökumət başçısı postunu tutur.//Report














