İsraildə üç nazir koronavirusa görə karantinə göndərilib

 18:12 02.08.2020     586

İsrailin təhsil və su ehtiyatları naziri Zeev Elkin, icmalarının inkişafı və möhkəmləndirilməsi naziri Orli Levi-Abukasis və dini işlər üzrə naziri Yakov Avitan avqustun 9-na kimi karantinə göndəriliblər.

Redaktor.az xəbər verir ki, bu barədə "Yedioth Ahronoth" qəzeti məlumat yayıb.

3 nazirin karantinə göndərilməsinə səbəb onların həmkarı Qüds İşləri Naziri Rafi Peresdə koronavirusun aşkar edilməsi olub.

Qeyd edək ki, nazir Peres şənbə günü öz “Twitter” səhifəsində virusa yoluxduğunu bildirib.//APA