İtkin düşən ABŞ hərbçiləri ölmüş elan edilib

 18:34 02.08.2020     620

Kaliforniya sahillərində hərbi təlim zamanı itkin düşən ABŞ-ın səkkiz hərbi qulluqçusu ölmüş elan edilib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-ın Dəniz Ekspedisiya İdarəsinin “Twitter”dəki səhifəsində məlumat verilib.

Komandanlıq 40 saatlıq genişmiqyaslı əməliyyatdan sonra axtarışları dayandırmaq qərarına gəlib.

Qeyd edək ki, Kaliforniya sahillərində hərbi təlim zamanı qəza baş verib. Nəticədə bir ABŞ hərbçisi həlak olub, daha səkkizi itkin düşüb.//Report