Özbəkistanda yoluxanların sayı 25 mini ötüb

 20:10 02.08.2020     382

Özbəkistanda COVID-19-a yoluxanların sayı 736 nəfər artaraq 25 min 40 nəfərə çatıb.

Redaktor.az Özbəkistan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutkada ölkədə bu virusdan 5 nəfər ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 147 nəfərə çatıb.

Qeyd edilir ki, xəstəxanalarda 9 min 592 xəstə müalicə alır. Onlardan 592-sinin vəziyyətinin ağır, 185-nin vəziyyətinin isə çox ağır olduğu bildirilir.

Özbəkistan mətbuatının yaydığı məlumata görə, ötən gecə Türkiyə Özbəkistana humanitar yardım göndərib. //Azərtac