Polisi girov götürən terrorçu özünü partlatdı

 20:27 02.08.2020     652

Polisi girov götürən terrorçu özünü partladıb. 

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Ukraynanın Poltava şəhərində baş verib.

Məlumata görə, Roman Skripnik saxlanılarkən polis əməkdaşını girov götürə bilib və özünü partlatmaqla hədələyib. Snayper atəşindən sonra polis terrorçudan qaçır və bundan bir neçə saniyə sonra partlayış baş verir.

Ukrayna DİN rəhbəri Anton Qeraşenko hadisə ilə bağlı bildirib ki, terrorçu təslim olacağı təqdirdə uzun illərini dəmir barmaqlıqlar arxasında keçirəcəkdi və o, öz bu seçimi edib. //SİA