Əfqanıstanda güclü partlayış törədilib

Əfqanıstanda terrorçu kamikadze həbsxana yaxınlığında partlayış törədib.
Redaktor.az xəbər verir ki, hadisə ölkənin şərqindəki Nanqarhar əyalətinin mərkəzi Cəlalabad şəhərində qeydə alınıb.
Qeyd olunub ki, terrorçu kamikadze Cəlalabadın dördüncü rayonundakı həbsxana yaxınlığında partlayıcı maddə ilə dolu olan avtomobili partladıb.
Ədliyyə Nazirliyi faktı təsdiqləyib, lakin baş vermiş hadisənin mümkün qurbanları barədə hər hansı bir məlumat verməyib. //Report