Tramp seçkini təxirə salacaq? - Ağ Evdən açıqlama

 21:58 02.08.2020     417

“ABŞ Prezidenti Donald Tramp prezident seçkilərini təxirə salma ehtimalını nəzərdən keçirməyib. Seçkilər əvvəldən planlaşdırıldığı kimi 3 noyabrda keçiriləcək”.

Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin qərargah rəisi Mark Meadous bazar günü CBC-ə verdiyi müsahibədə məlumat verib.

O, əlavə edib ki, noyabrın 3-də seçkilər keçiriləcək və D. Tramp qalib olacaq:

“Müzakirələr yalnız səsvermənin poçt vasitəsilə həyata keçirilməsinə aiddir. Bu, ölkə üçün pis bir fikirdir”.

Mark Meadous bildirib ki, seçkinin bu formatda keçirilməsinə D. Tramp da qarşıdır:

“Çünki gecikmə olacaq, səlahiyyətli şəxslər hələ bu formatda seçki keçirməyə hazır deyillər”.

Qeyd edək ki, ABŞ-ın 59-cu prezident seçkiləri noyabrın 3-nə təyin edilib. //APA