Türkiyədə daha 18 nəfər koronavirusdan ölüb

 22:53 02.08.2020     569

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 18 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. 

Nazir bildirib ki, son 24 saatda 40 min 247 şübhəli koronavirus testindən keçib, onlardan 987-nin cavabı pozitiv çıxıb, bu gün daha 978 xəstə sağalıb.

Türkiyədə indiyədək 232 min 856 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5728 nəfər ölüb, 216 min 494 nəfər müalicə olunaraq evə buraxılıb. 

Nazir qeyd edib ki, COVID-19-dan şübhəlilər arasında testdən keçənlərin sayı 4 milyon 885 min 916-ya yaxınlaşıb .//APA