Əfqanıstanda həbsxanaya hücum - 20 nəfər ölüb

 12:38 03.08.2020     465

Əfqanıstanın şərqindəki Nəngərhar vilayətinin inzibati mərkəzi olan Cəlalabad şəhərində yerləşən həbsxanaya silahlı şəxslər tərəfindən hücum edilib.

Redaktor.az xəbər verir ki, 1TV telekanalı mənbələrinə istinadən hücum zamanı azı 20 nəfərin öldüyünü məlumat verib.

Bundan əvvəl, “TOLOnews” telekanalı hadisə nəticəsində nəfərin öldüyünü, 42 nəfərin isə yaralandığını məlumat vermişdi.

1TV-nin məlumatına görə, əvvəlcə terrorçu-kamikadze bomba yüklü avtomobilini Cəlalabad həbsxanasının yaxınlığında partladıb. “TOLOnews” isə yaraqlıların məhz bu partlayış nəticəsində binaya daxil ola bildiklərini qeyd edib.

Toqquşmalar səhərə qədər davam edib, hücum edən silahlılardan beşi məhv edilib. Adının açıqlanmasını istəməyən digər mənbəyin bildirdiyinə görə, hücum zamanı 700 məhbus islah müəssisəsindən qaçmağa çalışsa da yaxalanıb. //Report.az