Kran aşdı, 11 fəhlə faciəvi şəkildə öldü - ANBAAN VİDEO

 14:35 03.08.2020     1309

Gəmiqayırma zavodunda tikinti kranı aşıb, nəticədə, 11 fəhlə həyatını itirib. Şahidlər hadisənin baş verdiyi anın görüntülərini paylaşıblar.

 

Redaktor.az-ın məlumatına görə, faciə Hindistanın Andhra-Pradeş ştatında baş verib.

Kadrlarda 70 tonluq kranın yerə çırpılma anı əks olunub. Hadisə 20 fəhlənin iştirakı ilə kranın montajı zamanı baş verib.

Qurbanlardan əlavə, daha bir nəfərin yaralandığı bildirilir.

Hadisə ilə əlaqədar yoxlamalara başlanılıb. //Oxu.az