Ermənistanın Azərbaycanla sərhəd bölgəsində GÜCLÜ PARTLAYIŞ

 15:11 03.08.2020     1117

Ermənistanın Tavuş vilayətinin Berd şəhərində partlayış qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə “RIA Novosti” agentliyi məlumat yayıb.

Partlayışın Berd Şəhər Polis İdarəsində baş verdiyi bildirilir.

Rəsmi məlumata görə, ölən və xəsarət alanlar yoxdur.

Polis idarəsinin binasına ciddi ziyan dəyib. Yaxınlıqda əl qumbaraları tapılıb. //Baku.ws