ABŞ Əfqanıstandakı kontingentini azaldacaq

 13:52 04.08.2020     687

ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar tezliklə Əfqanıstandakı Amerika hərbi qulluqçularının sayını dörd minə qədər azaldacaq.

Redaktor.az xəbər verir ki, "Biz çox qısa vaxt müddətdə (kontingentin sayını - red.) səkkiz minə, sonra dörd minə qədər azaldacağıq. Biz indi danışıqlar aparırıq", - Tramp “Axios” portalına müsahibəsində deyib.

O, hərbi kontingentin ixtisarının məhz nə vaxt olacağını açıqlamayıb. "Çox tezliklə", - deyə Tramp konkret zaman çərçivəsini açıqlamaqdan imtina edib.

Jurnalistin ABŞ-da noyabr seçkiləri zamanı Əfqanıstanda hərbi kontingentin sayının nə qədər olacağı barədə sualına dövlət başçısı "ehtimal ki, 4-5 minə qədər", - cavabını verib. //Report.az