Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

 10:47 04.08.2020     404

Gürcüstanda son sutkada koronavirusa 3 yeni yoluxma faktı təsdiqlənib.

Redaktor.az xəbər verir ki, qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 1 182-yə çatıb. Onların 962-si sağalıb, 17-si isə vəfat edib.

Hazırda Gürcüstan üzrə karantində 7 007, tibbi nəzarətdə isə 280 nəfər saxlanılır.