Belarus konstitusiyasını dəyişdirmək TƏKLİFİ

 15:14 04.08.2020     809

Belarus Prezidenti Aleksandr Lukaşenko yaxın beş ildə ölkə konstitusiyasında dəyişikliklər edilməsini təklif edib.

Redaktor.az xəbər verir ki, A. Lukaşenkonın sözlərinə görə, belaruslar ölkənin taleyi üçün məsuliyyət daşımağa hazırdırlar:

“Bu məsuliyyət dərəcəsini insanların özləri təyin edəcəklər. Amma qanun çərçivəsində. Küçələrdə və meydanlarda deyil, hüquqi münasibətlərlə”.

Belarus Prezidenti qeyd edib ki, ölkə vətəndaşları öz hüquqlarını, azadlıqlarını və vəzifələrini, habelə referendum zamanı dövlət orqanlarının səlahiyyətlərini təyin edəcəklər.

Aleksandr Lukaşenko 1994-cü ilin iyulundan bəri  Belarus Prezidenti postunu tutur. O, 2020-ci ildə başa çatacaq beşinci prezidentlik dövründədir. //Oxu.az