Daha bir ölkə plastik paketlərdən imtina etdi

 14:40 04.08.2020     532

Çili hökuməti ticarət köşklərində plastik paketlərdən istifadə ilə bağlı qadağ tətbiq edib.

Redaktor.az xəbər verir ki, Çində plastik paketlərdən imtina 3 avqust 2018-ci ildə başlanılıb və bu gün son addım atılıb – kiçik və orta mağazalarda plastik paketlər qadağan edilib.

Bundan əvvəl supermarketlərdə plastik paketlərin satışına və istifadəsinə qadağa qoylmuşdu. Hökumət iki il ərzində 5 milyon paketin satışının qarşısını ala bilib.

Yeni qaydalara əsasən, plastik paketi satan mağazanı təxminən 250 min peso (330 ABŞ dolları) məbləğində cərimə gözləyir.