Beyrutdakı partlayışda BMT-nin 48 əməkdaşı yaralanıb

 09:15 05.08.2020     958

Livanın paytaxtı Beyrutun dəniz limanında baş verən partlayış nəticəsində BMT-nin əməkdaşları da xəsarət alıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə "Al Jazeera" telekanalına BMT-nin Baş katibinin rəsmi nümayəndəsi Farhan Hak deyib:

"Beyrutda baş verən partlayış nəticəsində BMT-nin 48 əməkdaşı və onların 27 ailə üzvü xəsarət alıb".

Xatırladaq ki, ötən gün Livanın paytaxtı Beyrutun dəniz limanında güclü partlayış baş verib. Partlayış nəticəsində 78 nəfər həlak olub, 4 min nəfər isə xəsarət alıb.

Partlayış limanın 2700 ton ammonyak selitrası (ammonium nitrat duzu) saxlanılan anbarında qaynaq işləri aparılarkən baş verib. //Trend.az