Gürcüstanda yoluxanların sayı 1197 nəfərə çatıb

 10:07 05.08.2020     695

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 15 yoluxma halı qeydə alınıb. 

Redaktor.az-ın xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb. 

Bununla da Gürcüstanda koronavirusa yoluxanların sayı 1197 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə 7066 nəfər karantində saxlanılır, 294 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 974 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir. //APA