Qayığın aşması nəticəsində 17 nəfər ölüb - Banqladeş

 17:48 05.08.2020     921

Banqladeşdə motorlu sərnişin qayığının çevrilməsi nəticəsində 17 nəfər ölüb.

Redaktor.az-ın verdiyi xəbərə görə, hadisə Banqladeşin şimal-şərqindəki Netrokona rayonunda baş verib.

Hadisə baş verən zaman qayıqda 48 nəfər olub. Onlardan 30-u xilas ola bilib, 1 nəfər itkin düşüb.

Qəza yerinə xilasedicilər cəlb olunub.

Hadisənin səbəbləri araşdırılır. //APA