ABŞ-da son sutkada 57 mindən çox yoluxma qeydə alınıb

 18:25 05.08.2020     683

ABŞ-da son sutka ərzində 57,5 min nəfər koronavirusa yoluxub.

Redaktor.az-ın məlumatına görə, daha 1399 nəfər virusun qurbanı olub.

Əvvəlki gün ölkədə 45,3 min nəfər virusa yoluxmuşdu.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxma və ölüm sayında liderliyini davam etdirir. Bu günədək ölkədə 4,7 milyondan çox yoluxma qeydə alınıb. Onlardan 1,5 milyon nəfərdən çoxu sağalıb, 156 min 839 nəfər isə həyatını itirib. //Trend.az