Türkiyə-Yunanıstan müharibəsi başlaya bilər - Qırıcılar əmr gözləyir...

 11:41 11.08.2020     1621

Aralıq dənizində Türkiyə ilə Yunanıstan arasında müharibə başlaya bilər.

Redaktor.az xəbər verir ki, yunanıstan mediası döyüş  təyyarələrin əmr gözlədiyini, həmçinin hərbi donanmaya məxsus gəmilərdən bölgədə seysimik araşdırma aparan Türkiyəyənin "Oruc Rəis" gəmisi və onu müşayət edən hərbi gəmilərə ərazini tərk etmək barədə xəbərdarlıq edilib. 

Qeyd edək ki, Türkiyə Meis adası yaxınlığında NAVTEX elan edib,  "Oruc Rəis" gəmisi seysimik araşdırma aprmaq üçün bölgəyə göndərilib. Sözügedən gəmini Türkiyə Hərbi Dəniz Donanmasının 5 hərbi gəmisi müşayət edir. 

Baş verənlərdən narhat olan  rəsmi Afina NATO-ya müraciət edib.  

NATO rəhbəri Jens Stoltenberqə telefon zəngi edən Yunanistan Baş naziri Kiriakos Miçotakis, Türkiyənin Aralıq dənizindəki fəaliyyətini dayandırmasını xahiş edib.

Xatırladaq ki, Türkiyə öz haqqı və Liviya ilə imzalanmış rəsmi müqavilə çərçivəsində Aralıq dənizində fəaliyyətini gücləndirib. Aralıq dənizində gəmilər göndərən Türkiyənin bu addımı Fransa, Yunanıstan, İsrail və Misirin narahatlığına səbəb olub.