Rusiyanın hazırladığı vaksin koronavirusu dayandıracaq? - EKSPERT RƏYİ

 12:17 14.08.2020     1359

Bir neçə gün əvvəl Rusiya dünyada ilk dəfə olaraq koronavirusa qarşı peyvəndin rəsmi qeydiyyata alındığını elan edib.

Bəs, Rusiyanın hazırladığı vaksin həqiqətən virusa qarşı effektli olacaqmı?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən professor Adil Qeybullanın sözlərinə görə, Rusiyanın vaksinini Ümumdiyan Səhiyyə Təşkilatı tərəfindən təsdiq edilməlidir:

“Hazırlanan vaksin əvvəlcə Ümümdünya Səhiyyə Təşkilatından (ÜST) qeydiyyatdan keçirilməlidir. Lakin Rusiyanın iddia etdiyi vaksin harada qeyddiyatdan keçib, harada yoxlanıb? ÜST bu vaksini qəbul edibmi? Rusiya hə həqiqətən bu vaksini tapıbsa, versin ÜST-ə, onlar qəbul edəndən sonra vaksinin effekli olub-olmayacağı haqqında nəsə fikir bildirmək olar.

Bu vaksini ABŞ, Almaniya, İngiltərə, Yaponiya kimi ölkələr istehsal edə bilməzdimi?

Bunu hər zaman demişəm, vaksin məsələsində insanlar tam məlumatlı deyil, təsəvvürləri yanlışdır. Hesab edirəm ki, vaksin söhbətini bağlamaq lazımdır. Belə bir vaksin hazırda mövcud deyil”.

Mahir Xəttab \ Redaktor.az