Bali adası ilin sonunadək bağlı qalacaq

 23:17 24.08.2020     506

İndoneziyanın Bali adası bu ilin sonunadək xarici turistlər üçün bağlı qalacaq.

Redaktor.az-ın məlumatına görə, bunu Bali əyalətinin qubernatoru Vayan Koster deyib.

Bundan əvvəl, adanın sentyabrın 11-də turistlər üçün açılacağı nəzərdə tutulurdu.

Bali adasında koronavirus pandemiyası ilə əlaqədar 3 minə yaxın şəxs turizm sektorunda işini itirib, 73 mindən çox şəxs ödənişsiz məzuniyyətə göndərilib.

Bu günədək İndoneziyada 155 mindən çox koronavirusa yoluxma qeydə alınıb, 6 759 nəfər ölüb. //Trend.az

Vumart və Güvən reklamı Vumart Güvən