Toyda kütləvi dava: Gəlin xəstəxanalıq oldu

 05:31 25.08.2020     566

Türkiyədə toyda iki ailə arasında başlayan davaya polislər müdaxilə etməli olub.

Redaktor.az-ın məlumatına görə hadisə Dənizli şəhərində baş verib.

Belə ki, toyun bitməsinə az zaman qalmış bəy və gəlinin ailələri arasında başlayan mübahisə dava ilə nəticələnib.

Səbəbi bilinməyən dava zamanı ətrafdakılar onları ayırmağa çalışsa da, buna nail ola bilməyiblər və toy məkanına polis çağrılıb.

Hadisə zamanı gəlinin vəziyyəti pisləşib və o xəstəxanaya yerləşdirilib. //Oxu.az

Vumart və Güvən reklamı Vumart Güvən