Britaniya ordusu tanklardan imtina edə bilər

 08:48 25.08.2020     242

Böyük Britaniya ordusu silahlı qüvvələrin müasirləşdirilməsi zamanı tanklardan tamamilə imtina edə bilər.

Redaktor.az-ın xəbərinə görə, hökumət Britaniya ordusunun istifadəsində olan 227 ədəd “Challenger 2” tankının və 388 ədəd “Warrior” piyada döyüş maşınlarının müasirləşdirilməsinə yüksək məbləğdə vəsaitin tələb olunması səbəbindən belə bir qərar verməyi düşünür.

Krallığın Müdafiə Nazirliyi hesab edir ki, bu texnologiyalar köhnəlib, ancaq hərbi əməliyyatların xarakteri və aparılması üsulları dəyişib və kibersilah və kosmik texnologiyalardan istifadəni tələb edir.

Qeyd olunur ki, mümkün ehtimallardan biri kimi tankların və piyada döyüş maşınlarının modernləşdirilməsi və ya Almaniyadan “Leopard 2” tanklarının alınması olaraq qalsa da, London artıq NATO-nun fəaliyyətindəki rolunu dəyişdirmək imkanlarını da araşdırmağa başlayıb. //Trend.az