"Lotu Quli" ölümündən bir neçə dəqiqə əvvəl... - VİDEO

Xəbər verdiyimiz kimi, avqustun 19-dan 20-nə keçən gecə Türkiyənin Antalya şəhərindəki hotellərin birində "Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifov 25 yaşlı Xan Bakinskiy (Xəqan Zeynalov) ilə 26 yaşlı Əmir Əhmədli tərəfindən qətlə yetirilib.
Redaktor.az xəbər verir ki, artıq Türkiyə hüquq-mühafizə orqanları "Lotu Quli”nin öldürüldüyü hoteldə araşdırmanı başa çatdırıb.
"Xan” hadisədən sonra hotel dəhlizində qaçıb, bu zaman əlində iki silah olan gürcü əsilli İ.D-nin (Lotu Qulinin mühafizəçisi - red.) onu təqib edib. Qatil hotelin qarşısında onu gözləyən nəqliyyat vasitəsinə minərək hadisə yerindən uzaqlaşıb.
Hadisə yerində aparılan axtarış zamanı 1 odlu silah və 15 patron, 2 güllə şanı, 1 giliz, 1 güllə nüvəsi, 1 tapança, Nadir Səlifovun çantasından isə 15 patron və 1 bıçaq götürülüb.