Ronaldinyo həbsdən azad edilib

Keçmiş braziliyalı futbolçu Ronaldinyo Paraqvayda ev həbsindən azad edilib.
Redaktor.az-ın məlumatına görə, braziliyalı ulduz qardaşı Roberto ilə birgə hotellərin birində ev həbsində saxlanırdı.
Onlar bu ilin martında saxta pasportlarla Paraqvaya daxil olduqları üçün həbs olunmuşdu. Bir ay həbsxanada qaldıqdan sonra onlar ev həbsinə keçirilmişdi.
İndi Ronaldinyo və qardaşı hotel xərclərinin qarşılanması üçün 200 min dollar təzminat ödəməlidir. Bundan başqa, qardaşlara Braziliyaya qayıtmağa icazə verilib. //Trend.az