İlk qadın kino rejissor güllələnib - Əfqanıstan

 19:21 25.08.2020     223

Əfqanıstanın ilk qadın kino rejissoru Səba Səhər silahlı hücuma məruz qalıb.

Redaktor.az-ın məlumatına görə, 44 yaşlı rejissor avtomobildə olarkən, naməlum şəxs ona atəş açıb.

Hadisə nəticəsində rejissor və onun iki cangüdəni yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Onların həyati təhlükəsinin olmadığı deyilir.

Hücumun motivləri ilə bağlı araşdırma aparılır. //Trend.az