Tailandda fövqəladə vəziyyət bir ay da uzadıldı

 21:54 25.08.2020     154

Tailand hökuməti COVID-19 virusunun yayılmasına görə tətbiq edilmiş fövqəladə vəziyyət rejimini sentyabr ayının 30-dək uzadıb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin sözçüsü Anuça Burapaçaisri bildirib.

Onun dediyinə görə, belə bir addım ölkənin Milli Təhlükəsizlik Şurası tərəfindən təklif edilib.

Qeyd edək ki, mart ayında tətbiq edilmiş fövqəladə vəziyyət rejimi artıq 5-ci dəfədir uzadılır.

Hökumət həmçinin koronavirusa qarşı dərman üzərində çalışmaları dəstəkləmək üçün 1 milyard baht (43 milyon ABŞ dolları) məbləğində vəsait ayırıb. Həmçinin Tailandda hazırlanan yerli mRNA peyvəndi meymunlar üzərində sınaqdan çıxarılıb, insanlar üzərində sınaqlara isə oktyabr ayında başlamaq nəzərdə tutulur.

Bildirilib ki, bu gün qeydə alınan 5 yoluxmanın hamısı xarici ölkələrdən qayıdan taylarda aşkarlanıb. Bütövlükdə indiyədək ölkədə koronavirusa yoluxan 3 402 nəfərdən 3 229-u sağalıb, 58 nəfər isə ölüb. Bu ilin may ayının 26-dan sonra ölkədə yoluxma halları qeydə alınmayıb. //Trend.az