Minskdə yenidən mitinqlər başlayıb

 22:45 25.08.2020     509

Belarusun paytaxtı Minskdə yağışlı havaya baxmayaraq, müxalifətin yüzlərlə tərəfdarı İstiqlal Meydanında icazəsiz aksiyalara başlayıb.

Redaktor.az xəbər verir ki, polis əllərində ağ-qırmızı rəngli bayraqlar tutan aksiya iştirakçılarından meydanı tərk etməyi tələb edib. Kütlənin isə bu çağırışlara məhəl qoymadığı bildirilir. 

Polis nümayişçilərə qarşı fəal hərəkətə keçməyib.