Böyük narkoplantasiyalar aşkarlandı - Türkiyə

 04:20 26.08.2020     266

Türkiyənin təhlükəsizlik qüvvələri Diyarbəkir vilayətində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirib.

Redaktor.az xəbər verir ki, əməliyyat nəticəsində 67 fərqli məkanda narkoplantasiya aşkarlanıb. Ümumilikdə, 4 milyon 623 min 280 ədəd yaş halda narkotik tərkibli kol, eləcə də 800 kiloqram qurudulmuş kol aşkarlanıb. Təsbit edilən ərazilərdə narkotik tərkibli bitkilərin becərilməsi üçün istifadə edilən alətlər, o cümlədən su boruları və nasoslar götürülüb. //Axar.az