Türkiyədə toylarla bağlı qərar: 1 saat müddətində...

 09:02 26.08.2020     328

Türkiyənin 14 vilayətində bu gündən toy, nişan, xınayaxdı və bu kimi mərasimlər müvəqqəti olaraq keçirilməyəcək.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyindən paytaxt Ankara da daxil olmaqla Adana, Ağrı, Bursa, Çorum, Diyarbəkir, Erzurum, Qaziantep, Kayseri, Konya, Mardin, Şanlıurfa, Van ve Yozqat valiliklərinə göndərilən sərəncamda bildirilib.

Sərəncamda, həmçinin, qeyd olunub ki, bu vilayətlərdə nikah mərasimlərinin 1 saat müddətinə başa çatması tələb olunur.

Qadağalara görə, bəylə gəlinin birinci dərəcəli yaxın qohumlarının yaşı 65-dən yuxarı, 15-dən aşağı olarsa, nikah mərasiminə buraxılmayacaq.

Ümumilikdə isə ölkə boyu dövlət və ictimai qurumlarda yeməkxana və qablaşdırılmış su xidməti istisna olmaqla, hər növ yemək və içki xidməti müvəqqəti olaraq dayandırılacaq. //APA